# Iceland (Camal LTD) jobs and careers

> 0 open roles at Iceland (Camal LTD) as of October 23, 2026. Source: https://www.thejobsmap.com/company/iceland-camal-ltd

25 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “İceland” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir. “İceland” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı. 2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı. 2002-ci ildən etibarən müəssisədə Avropanın aparıcı markalarının avadanlıqlarının alınmasına və dondurma istehsalı üçün müasir texnologiyaların tətbiqinə başlandı. İstehsal sahəsi böyüdülərək 4 istehsal sexi yaradıldı və müxtəlif növ dondurma istehsalı üçün 7 xətt istifadəyə verildi. Şirkətin aparıcı mütəxəssisləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər, istehsal sahəsində yeni avadanlıqların tətbiqi prosesinə böyük töhfə verdilər. Növbəti illərdə şirkət yüksək tələbat olan yeni brendlərini yaratmaqla məhsul çeşidlərinin sayını artırdı. Bunların arasında adı və dadı dillər əzbəri olan “Bakılı Qız” və “Malik” brendlərinin özünəməxsus yeri var. 2008-ci ildə 10 illiyini qeyd edən şirkət artıq Avropa təcrübəsi və standartlarına cavab verən istehsal sahəsinə malik idi.“ Buzlar diyarı” anlamını daşıyan “İceland” markasının hər bir məhsulunda bu ideya öz əksini tapıb. Bu gün “İceland” ticarət nişanı yerli bazarda ən nüfuzlu dondurma markasıdır..

## Key facts

| | |
|---|---|
| Open roles | 0 |
| Headquarters | Azerbaijan |
| Employees | 11 to 50 |
| Website | https://iceland.az |

## Common questions

### Is Iceland (Camal LTD) hiring right now?

Iceland (Camal LTD) has no open roles listed as of October 23, 2026. Roles appear here as soon as they are posted on Iceland (Camal LTD)'s careers site.

### Where is Iceland (Camal LTD) headquartered?

Iceland (Camal LTD) is headquartered in Azerbaijan.

### How do I apply for a job at Iceland (Camal LTD)?

Pick a role on Iceland (Camal LTD)'s TheJobsMap page and select Apply. Every listing links to the original posting on Iceland (Camal LTD)'s own careers site, so you apply directly with the employer.
