Job description
“PAŞA Sığorta” ASC namizədləri Bank Kanallar ı Şöbəsinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri: Şirkətdə bütün növ sığorta məhsulları və xidmətləri üzrə mövcud müştəri bazasının genişləndirilməsi və satışın həcminin artması üçün Bank Kanalları şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edilməsi, onların işinin əlaqələndirilməsi; Nəzarət etdiyi bazar seqmenti üzrə Kommersiya direktoru ilə birlikdə, satış siyasətini müəyyənləşdirilməsi; Bank Kanalları şöbəsinin əməkdaşları üçün müvafiq iş bölgüsünün və istiqamətləndirmənin həyata keçirilməsi; Banklar və Lizinq şirkətləri üzrə aparılan layihələrin irəliləməsində iştirak və yeni layihələrin cəlb olunmasında dəstək gösərilməsi; Mövcud partnyorlar ilə əlaqələrin qorunması və təkmilləşdirilməsini, həmçinin potensial partnyorlar üzrə şirkətin xidmət və məhsullarının satılmasının təmin edilməsi; Bank Kanalları şöbəsi istiqaməti üzrə şirkətə müraciət edən müştəriləri yüksək keyfiyyətli məlumatla təmin edilməsinə nəzarət; Vaxtlı-vaxtında sorğuların cavablarının Anderraytinq şöbəsinə daxil olmasını, sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin alınmasının təmin edilməsi; Bütün partnyorlar ( Bank , Bank olmayan kredit təşkilatları , Lizinq şirkətləri və s. )
ilə əməkdaşlığın və sinerjinin möhkəmləndirilməsi; göndərilən sorğuların prioritetə alınması və ən qısa müddətdə cavablandırılması: Tələb olunan müddətdə müştərilərə sığorta müqavilələrinin təqdim edilməsi və onları sığorta müqavilələrinin şərtləri üzrə əhatəli izahatların verilməsinə nəzarət; Mütəmadi olaraq partnyorlar və müştəri bazası üzrə məlumatları təhlil edərək qiymətləndirilməsi; Bütün növ sığorta məhsullarının cari satışı və görülmüş işlərin vəziyyəti üzrə Kommersiya direktoruna müvafiq hesabatların təqdim olunması, Bank Kanalları satışları üzrə aylıq təhlilin nəticələrinin təqdim edilməsi; Birbaşa tabeçiliyində olduğu Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər: Maliyyə, Biznesin İdarə edilməsi,İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil; Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri üzrə yüksək səviyyədə biliklərin olması; Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; Sığorta Qanunvericiliyi üzrə biliklərə sahib namizədlərə üstünlük verilir.
Təcrübə: Bank və ya sığorta sektorunda, xüsusilə bank kanalları və ya korporativ satış istiqamətində minimum 4–5 il iş təcrübəsi Bacarıqlar: Güclü liderlik və komanda idarəetməsi bacarıqları; Yüksək analitik düşüncə və qərarvermə bacarığı; Məsuliyyətlilik, dəqiqlik və strukturlaşdırılmış iş tərzi; Məxfilik və etibarlılıq; Təşkilatçılıq və planlaşdırma bacarığı; Effektiv kommunikasiya və təqdimat bacarıqları; Proaktivlik və təşəbbüskarlıq; Stressə davamlılıq və çoxsaylı proseslərin paralel idarə olunması bacarığı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.