Azerbaijan Red Crescent Society logo

Azerbaijan Red Crescent Society jobs and careers

Azerbaijan

About Azerbaijan Red Crescent Society

192 milli cəmiyyəti olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı dünyanın ən böyük humanitar təşkilatıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu qlobal cəmiyyətin ayrılmaz üzvüdür və 100 ildən çoxdur ki, ölkədə humanitar sahədə fəaliyyət göstərir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası). Tarix 1920-ci il Mart ayının 10-da Azərbaycan Demokratik Respublikasının Nazir əvəzi General Leytenant Əliağa Şıxlinski və Baş Nazir Fətəli Xan Xoyskinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaradıldı. Fundamental Prinsiplər • Humanizm • Qərəzsizlik • Neytrallıq • Müstəqillik • Könüllülük • Vahidlik • Universallıq Fəaliyyət İstiqaməti • Fövqəladə hallara hazırlıq və cavab vermə • Miqrasiya • Sağlamlıq və qayğı • İlk yardım • Gənclər və könüllülər • Beynəlxaq Əlaqələr • İnformasiya və İctimaiyyətlə əlaqələr • Beynəlxalq Humanitar Hüquq (BHH) və Fundamental Prinsiplərin yayımı • İcmaların inkişafı • Humanitar yardım • Fondların artırılması • Axtarış

Employees
11 to 50
Headquarters
Azerbaijan

Jobs at Azerbaijan Red Crescent Society

No open positions right now. Explore more companies on TheJobsMap.