About Banking & Financial Training Center
Bank və maliyyə sahəsində təlim və peşəkar kadr hazırlığı fəaliyyəti həyata keçirmək, qeyd olunan faəliyyət sahələri üzrə konsaltinq xidmətləri göstərmək məqsədilə yaradılmış şirkətdir. Təlimlər aşağıdakı istiqamətləri əhatə edir: ☑️Bank inzibatçılarının attesstasiyası üzrə; ☑️Risk mütəxəssislərinin hazırlanması üzrə; ☑️Komplayens mütəxəssislərinin hazırlanması üzrə; ☑️Anderraytinq mütəxəssislərinin hazırlanması üzrə; ☑️Kredit mütəxəssislərinin satış və təhlil qabiliyyətinin artırılması; ☑️Müştəri xidmətləri üzrə mütəxəssislərin hazırlanması; ☑️İnsan resursları mütəxəssislərinin hazırlanması; ☑️Digər fərdi tələblər üzrə mütəxəssis və sahə üzrə istiqamətlənmiş təlimlər. Mərkəz tərəfindən yuxarıda qeyd olunmuş sahələr üzrə fərdi və qrup şəklində olmaqla standart və şəxsi tələblərə uyğun olaraq təlim proqramı təqdim etməyi nəzərdə tutur. Mərkəz tərəfindən təşkil olunmuş təlim növləri üzrə müəyyən edilmiş keçid faizindən yuxarı nəticə toplamış şəxslərə müvəffəqiyyət sertifikatları, aşağı nəticə toplamış şəxslərə isə iştirakçı sertifikatları təqdim edilir. Mərkəzin fəaliyyətinin başlıca məqsədlərindən biri kimi işsizliyin aradan qaldırılması istiqamətində dövlət proqramlarına dəstək vermək, daimi olaraq açılmış vakansiyaları analiz etmək və bu istiqamətdə kadrların hazırlanması məqsədilə təlimlər təşkil etməkdir. Mərkəzdə keçirilmiş təlimlərdən müvəffəqiyyət əldə etmiş şəxslərin açılmış vakansiyalara yerləşdirilməsi istiqamətlərində dəstək göstərilməsi xidmətlərə daxildir.
- Employees
- 1 to 10
- Headquarters
- Azerbaijan
Jobs at Banking & Financial Training Center
No open positions right now. Explore more companies on TheJobsMap.