Evakuasiya.az logo

Evakuasiya.az jobs and careers

Azerbaijan

About Evakuasiya.az

Fəaliyyətinə 2011-ci il 15 oktyabr tarixindən etibarən başlamış şirkət 24 saat ərzində sürücülərə xidmət göstərməyə başlamışdır. Müştərilərə 3 fərqli xidmət təklif edir: 1. Evakuasiya Xidməti 2. Yolda Təmir Xidməti 3. Avtomobil Kirayəsi Xidməti ‘Evakuasiya.az’ MMC hal-hazırda respublikanın 13 şəhərində mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyə imkan verir. Bakı şəhəri və Abşeron yarımadasında şirkət 100-dən çox dislokasiya nöqtəsindən müştərilərə xidmət göstərən şirkət bazarda rəqabət üstünlüyünü 6 prinsip üzərində qurur: - Müştəri məmnuniyyəti; - Ən aşağı tariflər; - Bütün ölkə ərazisində 24 saat ərzində keyfiyyətli xidmətin göstərilməsi; - Daşınan avtomobillərə korporativ zəmanət və korporativ məsuliyyət; - Geniş avtomobil qarajı; - Güclü keyfiyyət nəzarət sistemi; Xidməti avtomobillərinin dislokasiyası zamanı iki prinsip əsas götürülmüşdür: 1. Respublikanın istənilən nöqtəsinə ən geci 45-60 dəqiqə ərzində çatmaq; 2. Abşeron yarımadasının istənilən nöqtəsinə ən geci 15-20 dəqiqə ərzində çatmaq. Beynəlxalq əməkdaşlıq çərçivəsində “Evakuasiya.Az” MMC Avropanın ən böyük yol yardım xidməti şirkəti olan Almaniyanın ADAC (Allgemeiner Deutscher Automobil-Club) şirkəti ilə xüsusi tərəfdaşlıq statusuna malikdir və müştərilərinə Avropa ərazisində tərəfdaş şirkətlər vasitəsi ilə xidmət göstərir.

Employees
11 to 50
Headquarters
Azerbaijan

Jobs at Evakuasiya.az

No open positions right now. Explore more companies on TheJobsMap.